Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağın tanınması şansı olmayıb, yoxdur və bu, özünüaldatmadır – Torosyan

90 Baxış

“Qarabağın tanınması şansı olmayıb, yoxdur və bu, özünüaldatmadır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu “Vətəndaş müqaviləsi”nin deputatı Arsen Torosyan erməni mediasına müsahibəsində deyib.

Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan Torosyana cavab verib.

“Bilirsiniz ki, danışıqlar prosesi aşağıdakı prinsiplərə əməl edib: gücdən istifadə etməmək, eləcə də ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ çərçivəsində.

Başqa sözlə, bütün proses Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınması ilə bağlı idi. Ona görə də bu danışıqlarda Ermənistan tərəfi həmişə iştirak edirdi.

Məqsədimiz o idi ki, Azərbaycan öz müqəddəratını təyinetmə hüququnu tanısın. Əgər Azərbaycan Madrid prinsiplərini qəbul edibsə, deməli, müəyyən dərəcədə tanıyır.

Ermənistan ardıcıl olaraq hər şeyi etdi ki, danışıqlar prosesi uğursuzluğa düçar olmasın. Azərbaycan danışıqlar prosesini iflasa uğratdı və gücdən istifadə yolu tutdu”, – deyə Ayvazyan çərənləyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678