Səmərqənddə ŞƏT-in Sammiti keçirilib

9 Baxış

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.

Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Sonra Sammitin geniş tərkibdə iclası olub.

Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən dövlət və hökumət başçılarını salamladı və çıxış edib.

Azərbaycan Prezidenti tədbirdə çıxış edib.

Sammitdə digər dövlət və hökumət başçıları da çıxış ediblər.

Sonra təşkilati məsələlərə baxıldı, qərarlar qəbul olundu və Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Bəyannaməsi imzalanıb.