Aİ nümayəndəsi: “Bakı və İrəvanda emosional fikir mübadilələri oldu”

10 Baxış

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakı və İrəvanda mürəkkəb və emosional müzakirələr apardığını bildirib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu o, tviterdə yazıb.

“Bakıda, İrəvanda, həmçinin Vyanada keçirilən təcili görüşlərdən sonra Brüsselə qayıtdım. Mürəkkəb və bəzən emosional fikir mübadilələri oldu. Hələ bir çox problem var, lakin atəşkəsin davam edəcəyinə ümid edirik. Danışıqlara qayıtmaq lazımdır”, – xüsusi nümayəndə söyləyib.

O qeyd edib ki, Aİ ən yüksək səviyyədə məsələ ilə məşğul olur: “Bizim məqsədimiz Ermənistan və Azərbaycana sabit, təhlükəsiz və firavan Cənubi Qafqazı təmin edəcək hərtərəfli və davamlı razılaşmaya nail olmaqda kömək etməkdir”.