Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milonova ruslardan SƏRT CAVAB: “Azərbaycan Rusiyanın əsl müttəfiqidir”

84 Baxış

Rusiyalı deputat Vitali Milonova elə Rusiyadan tutarlı cavab gəlib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın güc strukturlarına məxsus “Siloviki” teleqram kanalı yazı dərc edib. Yazıda Milonova əsaslı və sərt cavab verilib.

“Belə görünür ki, Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycanı Rusiyanın müttəfiqləri siyahısından çıxarmaq qərarına gəlib.

Bu günlərdə deputat öz teleqram kanalında Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi ilə bağlı yazı dərc edib. Belə ki, Milonov yazıb: “”dost ölkə” (dırnaq içərisində) “yenidən Arsax xristianlarına qarşı müharibəyə başladı”.

Əlbəttə, Milonov tanınmış siyasi hay-küyçüdür, lakin bu post bütün sərhədləri keçib.

Birincisi, Azərbaycan Rusiyanın əsl müttəfiqidir. Müttəfiqlik sənədi fevralın 21-də Ukraynada hərbi əməliyyatlardan əvvəl imzalanıb. Siyasətdə belə sənədlərin imzalanması çox şeydən danışan və hər iki tərəfə öhdəliklər qoyan ciddi addımdır. Dünən Əliyevlə Putinin Səmərqənddə ŞƏT sammiti çərçivəsində keçirilən səmimi görüşü, xüsusən də Moskva ilə Bakının xüsusi münasibətindən danışılır.

Moskva ilə Bakı arasında ticarət və ümumilikdə iqtisadi əməkdaşlıq artır. Azərbaycanda rus məktəbləri var, əksəriyyət rus dilində danışır, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Gürcüstandan və hətta Ermənistandan fərqli olaraq, rusofobiyadan əsər-əlamət yoxdur. Xatırladaq ki, ötən gün İrəvanda fəallar rusiyayönlü blogeri döyüb və ruslar haqqında çox nalayiq danışıblar.

Və bunun fonunda Dövlət Dumasının deputatı Milonov açıq anti-Azərbaycan mövqe tutur, sözlərinə məhdud qoymadan bütün ölkəni, xalqı təhqir edir, baş verənlərə dini müharibə xarakteri verir. Milonov hətta onun birbaşa rəhbəri, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin yüksək səviyyəli görüşlər keçirmək üçün Bakıya getməsindən utanmır.

Milonov kimi deputatlar belə bəyanatlarla Rusiyanın azsaylı müttəfiqlərini Rusiyadan uzaqlaşdırırlar. Həqiqətən də ölkəsinin mənafeyini düşünən insan heç vaxt ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək bu qədər sərt bəyanatlar səsləndirməz. Bunu ancaq başqa ölkənin maraqlarına xidmət edənlər deyə bilər. Və çətin ki, pulsuz etsin.

Bu cür nəticələr özünü göstərir. Axı biz Milonovdan Ermənistanın tənqidini eşitmirik. Bölgədə ən böyük ABŞ səfirliyinə malik ölkənin parlamentinin spikeri rusofob Nensi Pelosini Ermənistana məhz onun dəvət etdiyini iddia edir. Bundan əlavə, KTMT-nin səmərəsiz struktur olduğunu açıq şəkildə deyən Ermənistan parlamentinin spikeridir.

Yaxşı olardı ki, Milonov bu bəyanatlara və Ermənistan parlamentinin spikeri Alen Simonyanın hərəkətlərinə münasibət bildirsin. Və bu tənqid daha məntiqli görünərdi. Axı Milonov da, Simonyan da həmkardırlar”, – deyə teleqram kanal sərt mövqeyini bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678