Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə çağırıb

83 Baxış

“Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır”.

Turanmedia.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin xarici dövlətlərin Rusiya Federasiyasına yeni təyin olunmuş səfirləri ilə görüşündə deyib.

“Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq”, – Putin bildirib.

Rusiya lideri vurğulayıb ki, mübahisəli ərazi məsələlərini məsləhətçi qismində Rusiyanın köməyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində birgə həll etmək lazımdır.

Putin rəsmi Bakı ilə İrəvan arasında gərginliyin azaldılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə tədbirlər görüldüyünü diqqətə çatdırıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678