Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

20 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə müzakirə aparacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

“Ümidimiz hələ də var. Məqdəsimiz liderləri bir araya gətirməkdir”, – o vurğulayıb.

M.Çavuşoğlu söyləyib ki, Ukrayna üçün ədalətli sülh əldə olunmalıdır: “Çünki torpaqları işğal altındadır”.

O xatırladıb ki, martın sonunda Rusiya və Ukrayna nümayəndələri İstanbulda bir araya gəliblər: “O zaman biz sülhün əldə olunacağı ilə bağlı daha ümidli idik”.

M.Çavuşoğlunun sözlərinə görə, hazırda yeni reallıqlar yaranıb: “Ukrayna üçün durum daha həssasdır. Çünki onun torpaqları işğal olunub”.

XİN başçısı bildirib ki, tərəflər zəif mövqedə masaya oturmaq istəmirlər: “Hər iki tərəf müharibənin qalibinin olmayacağını anlayanda, onların müzakirə masasına qayıtmaları daha asan olacaq”.

M.Çavuşoğlu söyləyib ki, Ukraynada müharibənin uzanmasını istəyən Qərb ölkələri var: “Sülh üçün onları da razı salmaq lazımdır”.