Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərbaycanla sərhəddə vəziyyət dəyişə bilər, hər şeyə hazır olmalıyıq” – İran rəsmisi

81 Baxış

“Azərbaycanla sərhəddə vəziyyət dəyişə bilər, hər şeyə hazır olmalıyıq”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu İranın Tranzit və Avtomobil Nəqliyyatı Təşkilatının baş direktoru Cavad Hidayəti İranın İLNA xəbər agentliyinə müsahibəsində bildirib.

O bildirib ki, Azərbaycan Naxçıvana Ermənistanın nəzarətində olmayan dəhliz əldə etməyə çalışır.

“Hazırkı vəziyyət çətin ki, uzun müddət davam etsin, ona görə də İran istənilən vəziyyətə hazır olmalıdır.

Göründüyü kimi, Azərbaycan Ermənistanın nəzarətində olmayan Naxçıvana heç bir maneəsiz və uzunmüddətli zəmanətlə dəhliz əldə etməyə, həmçinin müttəfiqlərinin koordinasiyası ilə Xəzər dənizindən birbaşa Türkiyəyə enerji tranzit dəhlizi yaratmağa çalışır.

Nəzərə almalıyıq ki, vəziyyətin uzun müddət belə davam etməsi ehtimalı azdır və buna görə də istənilən vəziyyətə hazır olmalıyıq”, – deyə Hidayəti bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678