Hafiz Hacıyev: “Biz həm də erməni vətəndaşlarımızı terrorçulardan qoruyuruq”

75 Baxış

Praqada Prezident İlham Əliyev, Fransa dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəldilər.

Liderlərin yekun bəyanatında Zəngəzur dəhlizinin yer almaması bir sıra suallara səbəb oldu. Lakin bu məsələ onunla bağlıdır ki, proses üçtərəfli bəyanatla tənzimlənir və onun reallaşdırılması istiqamətində işlər davam etdirilir. Həmçinin, səfər çərçivəsində Prezident İlham Əliyev bu dəfə də həm Ermənistana, həm də havadarlarına mesaj verərək, Qarabağın müzakirə predmeti olmadığını, Qarabağdakı ermənilərin də Azərbaycan vətəndaşları olduqlarını diqqətə çatdırdı. Yekun bəyanatda ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunsa da, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinə qayıdan kimi yenə də qeyri-konstruktiv açıqlamalarla gündəmə gəldi. Bu baxımdan, mövcud proseslər bir çox sualların ortaya çıxmasına əsas verib.

Turanmedia.az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sualları KONKRET.az-a cavablandırıb.

– Hafiz bəy, Zəngəzur dəhlizinin açılması niyə yubanır?

– Üçtərəfli görüşlərdə razılıqlar əldə olunub, bir sıra işlərin təməli qoyulub, bu məsələlərin hamısı masadadır. Amma böyük təzyiqlər də var. İndi Vladimir Putin Nikol Paşinyanı yenə Rusiyaya çağırıb, ona göstərişlər verəcək. Bu göstərişlərdən çox şey asılıdır. Bilirsiniz ki, Paşinyan müstəqil adam deyil, “quyruğu” bir adamın əlində deyil, ona görə də bu məsələlərdə qəti fikir söyləyə bilmərik.

Paşinyan o qədər belə oyunlar oynayıb ki, ona inanmaq olmaz. Məsələn, Brüssel görüşündə razılıq əldə olunurdu, sonra bu razılığı pozurdu. Həmçinin, digər bəyanat və razılıqlara imza atır, Ermənistana qayıdandan sonra bu razılıqlara əməl eləmirdi. İndi də dünyanın bir nömrəli təcavüzkarı Putin onları yığıb başına, nəsə göstərişlər verəcək. Yəni nə qədər ki, işğalçı Rusiya bu məsələyə müdaxilə edir, ordusu Qarabağdan çəkilmir, heç vaxt Azərbaycan sülh məsələsində müsbət addıma nail ola bilməyəcək. Düzdür, bizim Prezidentimiz bu məsələdə xüsusi səylər göstərir, buna baxmayaraq, Paşinyan müstəqil adam olmadığı üçün böyük çətinliklər yaranır.

– Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, qondarma rejimlə Azərbaycan arasında təmasların qurulmasını guya müzakirə ediblər, halbuki rəsmi Bakının açıqlamasında belə bir fikir keçmir və Prezident dəfələrlə bu mövzunun bağlandığını, Qarabağdakı ermənilərin də Azərbaycan vətəndaşı olduqlarını qətiyyətlə bəyan edib. Ermənilər bu açıqlamalarla nəyə nail olmaq istəyirlər?

keçirməklə, Livandan, Suriyadan Qarabağa gətirilən terrorçuların başını əzib, torpaqlarımızdan qovmalıyıq. Başqa neyləməliyik? Sülh yoluna dəvət edirik gəlmirlər, deyirik ki, torpağımızdan çıxın, çıxmırlar. Nə lazımdır edirik, yenə də çıxıb-getmirlər. Getməyəndən sonra da məcburuq ki, torpaqlarımızı terrorçulardan güc yoluyla azad edək. Bununla da həm oradakı erməni vətəndaşlarımızı, həm də azərbaycanlılarımızı terroçulardan qoruyub-saxlayaq.