Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Blinken Əliyevlə Azərbaycan və Ermənistan münasibətlərini müzakirə edib

79 Baxış

ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Dövlət katibi Blinken Azərbaycan və Ermənistanın uzunmüddətli sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən xarici işlər nazirləri və liderlər arasında son birbaşa danışıqları yüksək qiymətləndirib.

Blinken oktyabrın 4-də Azərbaycanın 17 hərbi əsirinin Ermənistana buraxılmasını alqışlayıb və Prezident İlham Əliyevi sülh prosesini dəstəkləmək üçün real addımları davam etdirməyə çağırıb.

Dövlət katibi Blinken sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşən şəxslərin axtarışı və müəyyənləşdirilməsi, məhbusların qaytarılması və digər məsələlər də daxil olmaqla, ABŞ-ın dəstəyini bir daha təsdiqləyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678