Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Ermənistana yeni sənəd təqdim edib – Nazirdən AÇIQLAMA

82 Baxış

“Azərbaycan sülh müqaviləsi üçün Ermənistana daha genişlənmiş elementləri təqdim edib”.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, bunu Bişkekdə azərbaycanlı jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun

Azərbaycan ilkin olaraq 5 baza prinsipi ilə Ermənistana təkliflər vermişdi. Bu yaxınlarda isə həmin baza əsasında yeni detallar İrəvana təqdim edilib.

Ceyhun Bayramov bildirib ki, Ermənistan təqdim edilmiş detallarla bağlı vaxt istəyib.

“Bizdə dəqiq məlumat yoxdur ki, növbəti görüşlər zamanı Ermənistan bizim təqdim etdiyimiz elementlərə hansı reaksiya verəcək, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq bir neçə istiqamətlər var ki, onların irəli aparılması bizim üçün önəmlidir”, – deyə o əlavə edib.

Nazir qeyd edib ki, ikitərəfli əsasda olan sülh müqaviləsi, kommunikasiyaların açılması və delimitasiya məsələləri görüşlər əsasında müzakirə olunur.

“Azərbaycan görüşlərdə öz məlum prinsiplərini çatdırır və bu istiqamətdə işləri irəli aparır. Oktyabrda delimitasiyaya dair komissiyaların iclası Brüsseldə keçiriləcək”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678