Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür” – Cahit Bağçı

83 Baxış

“Türkiyə haqlı davasında olduğu kimi torpaqlarını işğaldan azad edəndən sonra da Qarabağın bərpa və quruculuğunda da Azərbaycanın yanındadır”.

Turanmedia.az xəbər verir ki, bunu Türkiyənin “Cümhuriyyət Bayramı”nda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

“Türkiyə bütün imkanları ilə hər sahədə ən öndə olan ölkədir. Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür. Beynəlxalq aləmdə tayı olmayan qardaşlığı isə sarsılmazdır. Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, kədəri kədərimizdir”,-deyə Bağçı qeyd edib.
Səfir bildirib ki, bu sülh və sabitlikdən sadəcə bölgə ölkələri deyil, bütün dünya qazanclı çıxacaq:

“Sabitlik və təhlükəsizliyin bölgəmiz, ölkəmiz və qonşularımız üçün çox əhəmiyyətli olduğuna inanırıq”.

O, bildirib ki, artıq beynəlxalq qurumların təmin edə bilmədiyi ədalət və təhlükəsizlik təmin edilib, Qafqazda qanayan bir yara qapanıb, bölgədə davamlı sülh üçün fürsət yaranıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678