Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İran istəməsə də, Azərbaycan-İsrail əlaqələri hər gün inkişaf edir”

72 Baxış

Azərbaycan və İsrail əlaqələri böyük bir tarixə malikdir. Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər İsrail xalqının dostluğunu, qardaşlığını hiss edib. Və bu dostluq, qardaşlıq İkinci Qarabağ Müharibəsində özünü daha çox göstərdi.
Turanmedia.az xəbər verir ki, Politoloq, siyasi şərhçi Samir Hümbətov Bizimyolinfo xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və İsrail arasındakı münasibətlərin tarixi demək olar ki,Azərbaycanın müstəqillik, yəni bərpasından sonrakı dövrdən başlayır. Yəni bu da yeni deyil. Bundan əvvəlki dövrdə hətta SSRİ dövründə belə Azərbaycan və İsrail arasında mədəni bağlar var idi. Düzdür, siyasi, iqdisadi bağlar olmasa da, bu bağlar mövcud idi. Çünki uzun illər boyu bəlkə də, əsrlər boyu Yəhudi əsilli şəxslərin Azərbaycan ərazisində Qırmızı Qəsəbədə, Azərbaycanın müxtəlif bölgələrində, Azərbaycanın şimal-qərb bölgələrində məskunlaşması tarixi qaynaqlarda da var. Bu gün də Yəhudi əsilli xalqların nümayəndələri Azərbaycanda yaşayır və fəaliyət göstərir.

Samir Hümbətov

“Bu baxımdan qiymətləndirilən zaman Azərbaycan-İsrail münasibətlərinin kökü dərinlərə gedir. Amma siyasi və iqdisadi sahədə, hərbi sahədə əməkdaşlıq, Azərbaycan və İsrail arasında münasibətlər bu artıq Azərbaycanın müstəqillik əldə etdiyi dövrlərdən etibarən başlayıb. Demək olar ki, XX əsrin sonu, XXI əsrin başlanğıcında isə artıq yeni bir mərhələyə keçdi. Xüsusi ilə 2003 -cü ildə keçirilən prezident seçkilərindən sonra, indiki prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra artıq Azərbaycan-İsrail əlaqələrində yeni bir dövr başlandı. Məhz bu dövrdə siyasi sahədə, iqtisadi, hərbi sahədə sıx əməkdaşlıq formalaşdı. Bütün bunların fonunda bir də, mədəni sahədə əməkdaşlıq artıq əvvəldən var idi. Və bu daha geniş mərhələyə keçdi” – deyə politoloq bildirib. Onun sözlərinə görə, siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq demək olar ki, müstəqillikdən sonraki dövrə, təxminən 93-cü ildən sonrakı dövrdə daha yüksək səviyyə inkişaf etməyə başladı. Amma 2003-cü ildə isə bu artıq yüksək səviyyənin ikinci mərhələsinə keçdi. Beləliklə də artıq demək olar ki,Azərbaycan-İsrail əlaqələrində yeni bir dövr başlandı.

Politoloq qeyd edib ki, Azərbaycan, İsrailin müdafiə sənayesi məhsullarından İkinci Qarabağ savaşında da çox ustalıqla istifadə edib.

Samir Hümbətov bildirib ki, İsrail Azərbaycan əlaqələri həm də siyasi sahədə, beynalxalq arenada da regional təşkilatlar səviyyəsində və yaxud təşkilatlar səviyyəsində davam etdirilir. Demək olar ki, bir çox platformalarda İsrail Azərbaycanı, Azərbaycan İsraili dəstəkləyir. Bu isə, hər zaman önəmli faktordur.

Politoloqun fikrincə, bu günə qədər hələ ki, Azərbaycanın İsraildə səfirliyi fəaliyyət göstərməsə də, yaxın zamanlarda bunun baş verəcəyinə ümid etmək olar.

“İsraillə olan əməkdaşlıq fonunda yaxın günlərdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail dövləti Hökuməti arasında imzalanmış hava əlaqəsi haqqında qanunun bu ikili əlaqələrin daha geniş perspektivə keçdiyini sübut edir. Hesab edirə ki, yaxın zaman ərzində bu ikili əlaqələr daha üstün səviyyəyə qalxacaq” – deyən politoloq qeyd edib ki, Azərbaycan İsrailin, İsrail də Azərbaycanın strateji tərəfdaşıdır. Belə ki, Azərbaycan neftinin əsas alıcılarının biri də məhz İsraildir. İqdisadi əlaqələr bu baxımdan da önəmlidir.

İkinci Qarabağ savaşında İsrailin Azərbaycana təkcə silah satması deyil, eyni zamanda Ermənistandan səfirini həmin dövrdə geri çəkməsi, regional və beynalxalq platformalarda da İkinci Qarabağ savaşı ərzində Azərbaycana lazımi dəstəyi verməsi, israillə Azərbayacnın münasibətlərinin üst səviyyədə olduğundan xəbər verir.

“İsrail bunu həm də lobbi təşkilatları vasitəsilə həyata keçirdi ki, bu da xüsusiilə Azərbaycana həmin dövrdə lazım idi. Bu gün də bu əməkdaşlıq davam edir. Düzdür, buna xoş baxmayan dövlətlər var. Həmin dövlətlərdən biri də İrandır. Amma buna baxmayaraq, Azərbaycan-İsrail əlaqələri hər gün bir az daha inkişaf edir” – deyən S. Hümbətov hesab edir ki, yaxın zamanlarda Azərbaycan İsraildə də səfirlik açmaqla artıq bu əlaqələrin ən üstün səviyyəsinə qalxmış olacaq. Çünki, Azərbaycan İsrail əlaqələrinin daha yüksək səviyyəyə qalxması üçün qarşıda xeyli perspektivlər var. Qarabağ məsələsində İsrailin Azərbaycana verdiyi dəstək Azərbaycanın beynalxalq platformalarda haqq səsini daha rahat şəkildə çatdırmasına imkan verir. Bu da bizim dost və qardaş İsrail xalqı ilə, İsrail dövləti ilə bundan sonra da sıx əlaqələr və əməkdaşlıq qurmağımız üçün imkanları artırır.

“İsrail Azərbaycan əlaqələri beynalxalq səviyyədə qəbul ediləcək bir tərəfdaşlıq, müttəfiqlik, dostluq əlaqələridir. Azərbaycan tolerant ölkədir. Azərbaycanda yəhudilər, xristianlar, müsəlmanlar və müxtəlif dini etnik qruplar yaşayırlar. Azərbaycan xüsusilə də yəhudi mədəniyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Çünki hər zaman yəhudi xalqından qarşılıqlı hörmət və ehtiram görmüşük” – deyən ekspert hesab edir ki, bu əlaqələr zamanla daha üstün səviyyəyə qalxacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678