Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin: “İrəvanla Bakı arasında hələlik sülh müqaviləsi yoxdur, amma ilkin şərtlər var”

71 Baxış

“İrəvanla Bakı arasında hələlik sülh müqaviləsi yoxdur, amma ilkin şərtlər var”

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiya lideri hesab edir ki, Azərbaycanla Ermənistan arasında gələcək sülh müqaviləsi hər iki tərəfin güzəştinin nəticəsi olacaq.

“İrəvanla Bakı arasında hələlik sülh müqaviləsi yoxdur.

Bu sənədin əsas komponentləri haqqında danışmaq hələ tezdir. Çünki bu, hər iki tərəfin vasitəçilik yolu ilə əldə etməli olduğu kompromis predmetidir. Əgər hər iki tərəf istəsə, ölkəmizin vasitəçiliyi ilə baş tuta bilər”, – deyə Putin bildirib.

Rusiya Prezidenti qeyd edib ki, üçtərəfli görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyanın sülhməramlılarla bağlı təklifi də müzakirə olunub.

Rusiya lideri vurğulayıb ki, mandatın uzadılması məsələsində birgə razılaşmaya ehtiyac var.

“Bu, digər məsələlərdən, sülh müqaviləsinin mümkün bağlanmasından, sərhədlərin demarkasiyası və delimitasiyasından asılı olacaq. Əgər bu məsələlər həll olunarsa, o zaman sülhməramlılar məsələsi fərqli olacaq.

Əgər onlar həll olunmasa və ya müəyyən dərəcədə həll olunmasa, bizim sülhməramlı kontingentimizin taleyi bundan asılı olacaq”, – deyə Putin bildirib.
O, hər iki tərəfin Rusiyaya gördüyü işlərə görə təşəkkür etdiyini vurğulayıb.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri bazar ertəsi Soçidə görüşüb və 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678