Ermənistanın Təbrizdə konsulluq açması… – Paşayeva

16 Baxış

Bu gün Milli Məclisin tarixində ən önəmli hadisələrdən biridir. Ali Baş Komandanımızın rəhbərliyi ilə böyük zəfərin ikinci ildönümünü qeyd edirik. Bütün şəhidlərimizin qarşısında baş əyir, qazilərimizə sayğımızı ifadə edirik.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, Azərbaycan bu qələbəni Ali Baş Komandanın liderliyi ilə əldə etdi:

“Biz və gələcək nəsillər onun adını daim böyük hörmətlə anacaq. Son 200 ildə Azıərbaycanın alınan torpaqlarının bir hissəsini geri qaytardıq. Gələcəkdə daha böyük uğurlarımız olacaq”.

Deputat xatırladıb ki, cənab Prezident Cocuq Mərcanlıda bunun Böyük qayıdışın başlanğıcı olduğunu qeyd etmişdi:

“İndi bu proses başlayıb və davam edir. İki il əvvəl biz Ali Baş Komandanın ətrafında birlik olduq, bir olduq. Bu, birlik bu gün də, sabah da davam etməlidir. Çünki bu qələbəni həzm etməyən güclər və qüvvələr var, onlar Ermənistanın arxasında dayanaraq Azərbaycana zərər verməyə çalışır”.

Paşayeva İranın Qafanda, Ermənistanın isə Təbrizdə konsulluq açmasını tənqid edərək, bunu İranın xoş qonşuluq niyyətindən uzaq olmasının sübutu adlandırıb.