XİN və MN Qarabağa silah daşınmasına belə reaksiya verdi

13 Baxış

Xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizinin hərbi məqsədlər üçün istifadə edilməməsi vacibliyini bildirib. Bu cümlə başqa şəkildə belə oxunmalıdır: “Rusiya Laçın dəhlizindən erməni separatçılarına silah və sursat daşımağa şərait yaradıb”.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanın Qarabağ bölgəsinə Laçın dəhlizindən istifadə edilməklə silah daşınması barədə yayılan məlumatı şərh edərkən deyib.

 

O bildirib ki, Azərbaycan Müdafiə Nazirliyində noyabrın 5-də keçirilən müşqvirədə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib:

 

“Müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.

 

Kreml birinci mərhələdə rusiyalı hərbçiləri Qarabağda yerləşdirdi, ikinci mərhələdə milyarder Ruben Vardanyanı Xankədiyə göndərdi, üçüncü mərhələdə erməni separatçılarının silahlanmasını təmin etdi, növbəti mərhələ Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylanmasının miqyasını artırmaq olacaq. Kremlin fəaliyyəti “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” siyasəti ətrafında formalaşıb. Rusiya hərbçilərinin bölgədə qalma müddətinin vaxtı azaldıqca Kremlin erməni separatçılarıyla ittifaqı güclənəcək”.