Paşinyan azərbaycanlıların arzularını reallaşdırdı – Armen Aşotyan

9 Baxış

Əgər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə belə taleyüklü və ciddi sənədlər idisə, niyə Ermənistan işğalçı kimi tanınmadı, niyə sanksiyalar tətbiq olunmadı.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, belə bir sərsəm açıqlama ilə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Facebook-da canlı yayımda çıxış edib.

O, əsassız açıqlamasını bu fikirlərlə davam etdirib:

“Əgər bunlar Azərbaycan hökumətinin Nikol Paşinyandan əvvəl istinad etdiyi qətnamələrdirsə, niyə Minsk Qrupunun həmsədr ölkələrinin bəyanatlarında nizamlanma sənədi kimi göstərilməyib? Paşinyan azərbaycanlıların ən cəsarətli və geosiyasi arzularını gerçəkləşdirdi” – deyə Aşotyan əlavə edib.