Melkonyan: Paşinyan Türkiyənin daha bir ilkin şərtini yerinə yetirmək üzrədir

11 Baxış

Paşinyan Türkiyənin daha bir ilkin şərtini yerinə yetirmək yoluna qədəm qoyub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan deyib.

O, Nikol Paşinyanın sonuncu dəfə İctimai Televiziyaya müsahibəsi zamanı verdiyi açıqlamalara əsasən belə qənaətə gəlib. Melkonyan xatırladıb ki, Paşinyan müsahibəsində Müstəqillik Bəyannaməsinin problemlər yaratdığı və ona yenidən baxılmalı olduğu tezisini səsləndirib.

“Nikol Paşinyan bildirib ki, Müstəqillik Bəyannaməsi əslində problemlidir və Bəyannamənin əsasını təşkil edən bu nəzəriyyəyə yenidən baxılmalıdır. Amma Müstəqillik Bəyannaməsində ağ-qara yazılmışdır ki, Ermənistan Respublikası 1915-ci il erməni soyqırımının beynəlxalq aləmdə tanınmasının tərəfdarıdır”.

R.Melkonyan bildirib ki, bu illər ərzində Türkiyə hakimiyyəti danışıqların və ya ilkin şərtlərin əsasında aşağıdakıları qoyub: Ermənistan öz Müstəqillik Bəyannaməsini və erməni soyqırımı ilə bağlı bəndi yenidən nəzərdən keçirməli, dəyişdirməlidir.

“Məncə, iki gün əvvəl Paşinyan Türkiyənin bu ilkin şərtini yerinə yetirmək üçün yeni yola qədəm qoyub”, – Ruben Melkonyan bildirib.