“YAP-ın 30 illik yubileyi həm də Azərbaycan dövlətçiliyinin yubileyidir” – Kamal Cəfərov

10 Baxış

“Bu gün müzakirə etdiyimiz dövlət büdcəsi, yüksək sosial- iqtisadi rifah, müasir ordu quruculuğu, o cümlədən hüquqi dövlət bazası ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycançılıq ideologiyası və dövlətçilik modelinin çiyinləri üzərindədir. Hesab edirəm ki, bu günlərdə – Milli Dirçəliş günü, Zəfər günü, Bayraq günü ərəfələrində dövlət büdcəsinin layihəsinə bu konteksdən qiymət vermək yerinə düşərdi”.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr zamanı deyib.

“Bildiyiniz kimi, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının, onun simasında 91 ziyalının müraciətinə müsbət cavab verərək Yeni Azərbaycan Partiyasının əsasının qoyulmasının 30 ili tamam olur. Bu 30 illik yubiley təkcə YAP-ın yubileyi deyil, həm də müstəqil Azərbaycan dövlətçiliyinin yubileyidir.

Belə ki, Azərbaycan dövlətinin son 30 ildə əldə etdiyi uğurlar, iqtidar partiyası kimi, həm də Yeni Azərbaycan Partiyası ilə də bağlıdır. Bizim partiyamız daim islahatlar yolunda olub. Sonuncu qurultayda Azərbaycanın mədəni, sosial, humanitar, idman və digər sahələrdə çox böyük işlər görmüş, vətəndaşlar və partiya üzvlərimiz arasında çox böyük nüfuz qazanmış Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanımın partiyamızın sədrinin 1-ci müavini vəzifəsinə seçilməsi çox mühüm bir hadisə oldu. Eyni zamanda partiyamızın fəaliyyəti ilə bağlı digər islahatlar həyata keçirildi.

Əziz dostlar, Yeni Azərbaycan Partiyası elə bir partiyadır ki, elə onun yubiley yaşı qədər yaşı olan gənc deputat deyə bilir ki, YAP partiyası bizim partiyamızdır, bizik, elə daha çox biz gənclərin partiyasıdır.

Bu isə ulu öndər Heydər Əliyevin vaxti ilə müəyyən etdiyi YAP dünənin, bugünün və gələcəyin partiyası siyasi xətti ilə bağlıdır. Əziz partiya üzvləri, hər birinizi qarşıdan gələn 30 illik yubiley münasibətilə təbrik edirəm, fəaliyyətinizdə uğurlar, möhkəm can sağlığı arzu edirəm”, – deputat çıxışında qeyd edib.