Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şeyxdən İranla bağlı sərt çıxış: Heç vaxt… – Video

64 Baxış

Tarix heç vaxt unudulmur. Bu gün qonşumuzun və ya sapı özümüzdən olan baltaların bizə qılınc çəkməsi də tarixə düşür. İrandakı bəzi qardaşlarımız, amma dırnaqarası qardaşlarımız və yaxud sapı özümüzdən olan baltalar – bu gün onların düşmənimizlə dostluq etmələrini qəbul edə bilmərik.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 44 günlük Vətən müharibəsində arxa cəbhədə fəallıq göstərmiş din xadimlərinin təltif olunması mərasimində deyib.

Allahşükür Paşazadə bildirib ki, İranın son vaxtlar atdığı addımlar bütün müsəlmanlar üçün gözlənilməz olub.

Şeyxin sözlərinə görə, İranda əleyhimizə danışanlar dini siyasətə alət edirlər və dedikləri hər sözdə, atdıqları hər addımda dindən sui-istifadə edirlər.

Allahşükür Paşazadə qeyd edib ki, ermənilərin Zəncan, Ərdəbil, Təbriz və Urmiyada törətdikləri qətliamları İran unutmamalıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678