Leyla Abdullayeva Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

50 Baxış

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon (Anne Boillon) ilə görüşüb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb.

“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, – o bildirib.