Ərdoğan: “Başlanğıcdayıq, üzərinə çökəcəyik”

6 Baxış

“Təyyarələr və SİHA-larla əməliyyatlarımız yalnız başlanğıcdır. Quru əməliyyatı da olacaq”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxışı zamanı deyib.

“Şimali İraqda gücünü itirən terrorçular bütün diqqətini Suriyaya yönəltdi. Ölkəmizin ərazisinə hücum ehtimalını qarşısını almaq üçün bütün cənub sərhədlərimizi təhlükəsizlik zolağı ilə bağlamaq qərarımız hər zamankından daha güclüdür”, – Ərdoğan qeyd edib.

Prezident əlavə edib ki, artıq apardığımız əməliyyatlarla bu zolağın bir hissəsini yaratmışıq, qalanını isə Tel Rıfat, Mənbic və Ayn Əl Ərəbdən başlayaraq, mərhələ-mərhələ özümüz həll edəcəyik: “Bizə ən münasib vaxtda qurudan da terrorçuların üzərinə çökəcəyik”.

“Bizim öz oyun planımız var, Türkiyənin və millətimizin maraqları nə tələb edirsə, ona uyğun hərəkət edəcəyik”, – o əlavə edib.