KTMT Ermənistana yardımla bağlı RAZILIĞA GƏLMƏDİ

7 Baxış

“KTMT Ermənistana yardım və bəyannamə ilə bağlı razılığa gələ bilməyib”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin səlahiyyət müddəti başa çatan baş katibi Stanislav Zas yekun brifinqdə bildirib.

Onun sözlərinə görə, 2 sənəd qəbul olunmayıb. Bu, Ermənistana yardım göstərilməsinə dair qərar layihəsi və bəyannamədir.

“Sənəd (yardımın göstərilməsi haqqında – red.) yüksək səviyyədə hazırdır. Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı mövcud çətin vəziyyətdə tədbirlər kompleksi razılaşdırılıb. Sənəd ümumilikdə hazırlanmış kimi tanınıb, lakin yekunlaşdırılmalıdır. Yekunlaşdırmaq və imzalanmaq üçün dövlət başçılarına təqdim etmək tapşırılıb. Eyni şey bəyannaməyə də aiddir. Yüksək hazırlıq dərəcəsindədir, lakin sənədə bir sıra düzəlişlər etmək lazım gələcək”, – deyə Zas bildirib.

Onun sözlərinə görə, bu, normal prosesdir, elə bir beynəlxalq təşkilat yoxdur ki, orada hamı eyni cür düşünsün.

Daha əvvəl xəbər verildiyi kimi, SKB 15 sənədi razılaşdırıb və təsdiqləyib.