“Bu, Rusiya və Ermənistan arasındakı uçurum prosesini sürətləndirəcək” – Ermən analitik

14 Baxış

“Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi ilə ilk növbədə Rusiya çıxış etməlidir. Amma Kreml bunu etmir, üstəlik, rəsmi Bakının diktəsi ilə oynayır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirlər Ambartsum adlı erməni analitikin yazdığı məqalədə əks olunub:

“Bəli, indiki vəziyyət hamıya məlumdur. Amma Ermənistanın bu çətin vəziyyətində onu dəstəkləyən dövlətlər də var. Məsələn, İran Qərbin sanksiyaları altındadır. Bu da Tehrana Azərbaycanın atdığı addımları pisləməyə və Ermənistanı dəstəkləməyə şərait yaradır” – erməni analitik vurğulayıb.

O, məsələyə öz erməni xislətindən yanaşaraq Azərbaycanı Laçın dəhlizini bağlamaqda ittiham edib: “Azərbaycan əslində Rusiyaya qarşı idi. Rəsmi Bakı rus sülhməramlılarının geri çəkilməsi prosesini sürətləndirməyi, “Artsax” ermənilərini türk və azərbaycanlılarla baş-başa buraxmağı qarşıya məqsəd qoyub. Amma bütün bunlara rəğmən Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Anna Yevstiqneyeva, “Azərbaycanlı ekoloqların Qarabağdakı filiz yataqlarına səfərlərinin parametrlərinin müzakirə olunduğunu” bəyan edir. Yəni o, Bakının tərəfinə keçərək, Qarabağın Azərbaycana aid olduğunu bildirirb. Bununla da Bakının tezislərini təkrarlayıb. Bu, Rusiya və Ermənistan arasındakı uçurum prosesini sürətləndirəcək” – deyə erməni analitik fikirlərini tamamlayıb.