Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ermənistan sülh müqaviləsinin mətnində Azərbaycana bunu TƏKLİF ETDİ” – Qriqoryan

62 Baxış

Ermənistan sülh müqaviləsinin mətnində Azərbaycana qarantlar institutu yaratmağı təklif edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə dekabrın 22-də Ermənistan parlamentində keçirdiyi brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O bildirib ki, Ermənistan sülh müqaviləsinin mətnində Azərbaycana qarantlar institutu yaratmağı təklif edib.

“Bu təsisat müqavilənin icrasını təmin etmək üçün nəzərdə tutulub. Bundan əlavə, böhran yaranarsa və onu həll etmək mümkün olmadıqda, Beynəlxalq Məhkəməyə mümkün müraciət mexanizminin yaradılmasını da təklif etdik”, – Qriqoryan deyib.

“Qarabağla bağlı təklifdə həll yoluna gəlinə biləcək məqam varmı” sualına o cavab verib ki, bu, danışıqlardan asılıdır.

“Danışıqlar aparıldıqda, nəhayət, məsələyə aydınlıq gələcək”, – deyə Təhlükəsizlik Şurasının katibi bildirib.

Xatırladaq ki, hökumətin bugünkü iclasında Baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər təqdim etdiyini bildirib.

“Biz belə məzmunlu müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”, – Paşinyan deyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678