Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev Baydenin müşaviri ilə nəyi müzakirə edib?

65 Baxış

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“ hesabında paylaşım edib.

“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, – paylaşımda qeyd olunub.

Hikmət Hacıyev həmçinin Laçın-Xankəndi yolundakı etiraz aksiyasında Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarını diqqətə çatdırıb.

“Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolundakı etiraz aksiyasında Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarını diqqətə çatdırdım. Ermənistanın blokada ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, – deyə Hikmət Hacıyev bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678