Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qərbi Azərbaycana qayıdıb, “Zəngəzur, Göyçə Azərbaycandır!” deyəcəyik – Fəzail İbrahimli

62 Baxış

Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşü təkcə siyasi, mənəvi, tarixi baxımdan deyil, eyni zamanda Azərbaycanın qarşısında duran gələcək strateji xətti baxımdan çox böyük beynəlxalq əhəmiyyət daşıyırdı.

Turanmedia.az xəbər verir ki, bunu “Ölkə.Az”a açqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, görüş Prezident dünya ictimaiyyətinin diqqətini Azərbaycana, Ermənistan-Azərbaycan münasibətlərinə, tariximizin ən ağrılı məqamlarına deyil, həm də gələcəyi ilə bağlı məsələyə cəlb etmiş oldu: “İrəvanın Ermənistana verilməsi məsələsi – bu, adi bir Azərbaycan vətəndaşının mövqeyi deyil, bu, dövlət başçısının mövqeyi idi. Dövlət başçısının dilindən qətiyyətli şəkildə dünya ictimaiyyətinə bəyan edilir ki, bu gün paytaxtı İrəvan olan Ermənistan bizim tarixi torpaqlarımızda dövlət qurub”.

Vitse-spiker əlavə edib ki, görüşdə ikinci diqqət çəkən məqam Qərbi Azərbaycandan köçüb gələn insanların keçdiyi yola nəzər salınmasıdır: “Burada dövlət başçısının dilindən Qərbi Azəbaycandan köçən insanlarımızın faciəsi gündəmə gətirilir və bütün bunlar dünya ictimaiyyətinə çatdırılır.

Görüşdə dünya ictimaiyyətinə verilən əsas mesaj ondan ibarət idi ki, biz təkcə Qarabağ probleminin həlli ilə deyil, eyni zamanda digər tarixi torpaqlarımızın geri qaytarılması məsələsi ilə məşğul olacağıq. Bu eyni zamanda Ermənistanın havadarlarına, ona ən müxtəlif formada dəstək verən ölkələrə bir mesaj idi ki, siz çox da əzab-əziyyət çəkməyin, bizim strateji krusumuz var və buna da nail olacağıq. Əminəm ki, gün gələcək “Biz Qarabağa qayıtdıq və Qarabağ Azərbaycandır!” şüarını səsləndirdiyimiz kimi, “Biz Qərbi Azərbaycana qayıtdıq, Zəngəzur, Göyçə, Dərələyəz, Basarkeçər də Azərbaycandır!” deyəcəyik. Bu strateji hədəflərə doğru hamımız əl-ələ verib, həmrəyliyimizi nümayiş etdirməklə nail ola biləcəyik. Ona da əminəm ki, cənab Prezidentin bu hədəflərə nail olmaqla bağlı siyasi iradəsi ortadadır və bunu dəfələrlə bəyan edib. Onun müdrik, uzaqgörən, qətiyyətli siyasəti və rəhbərliyi altında bu məqsədlərimizə nail olacağıq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678