Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan PANİKADA: “Azərbaycan HƏRBİ ƏMƏLİYYATA hazırlaşır” – TƏHLİL

59 Baxış

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasındakı çıxışı zamanı narahat danışıb:

“Əgər Rusiya obyektiv və subyektiv səbəblərə görə, Qarabağda stabilliyi təmin edə bilmirsə, Moskva BMT Təhlükəsizlik Şurasında müzakirələrə başlamalıdır ki, rus sülhməramlılarına BMT mandatı verilsin, ya da Qarabağa əlavə çoxmillətli sülhməramlı qrupun göndərilməsi məsələsini qaldırmalıdır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Nikolun sözügedən bəyanatı bir uşağın atasından oyuncaq istəyinə oxşayır. Ya da mövcud valideynin müəyyən kaprizləri yerinə yetirmədiyi üçün qəyyumluqdan məhrum edilmə cəhdinə bənzəyir.

Sözün düzü, Rusiyanın Ermənistan adlı balası kimsəsiz uşaqları xatırladır. Hətta Kreml qaraçılara qurduğu dövləti dilənçiliyə də məcbur edir, bu işi onlara öyrədir. Lakin Rusiya atası bəlli olmayan övladını başqa birinin himayəsinə vermək fikrində deyil. Yəni orqanlarını satsa da, dilənçiliyə məcbur etsə də, bicbala olduğunu bilsə də, onu kiməsə ərməğan edəsi deyil.

Kreml Çar Rusiyanın Azərbaycan işğalı ilə Türkiyə və İrana nəzarət gücü – daha dəqiq desək, sadalanan ölkələrə təhlükə mənbəyi statusunu qoruyub. Çar Rusiyası dağılanda Ermənistanın yaradılması bu planın tərkib hissəsi olub. Ruslar hər zaman türkün gücündən qorxublar. Çünki tarixboyu ən güclü rus kişilər türk imperiyalarına vergi vermək üçün torpaq kotanlayıb, ən gözəl xanımları isə sultan hərəmxanalarını doldurub. I Pyotr kimilərin kinli hədəfi isə türk ideologiyasını dağıtmaq, dövlətləri parçalamaq, millətləri ayırmaq olub:

– Bu səbəbdən indi qardaş dediyimiz Türkiyə bir vaxt Azərbaycana düşmən kimi təbliğ olunurdu. Əsas silah isə Osmanlı-Səfəvi savaşları olub;

– Türkiyə ilə Azərbaycandan başqa türk dövlətlərinin ünsiyyəti rusca formalaşdırılır;

– Azərbaycanın eradan əvvəlki Midiya, Urartu, Manna, Aratta, Atropatena, Albaniya, Ərsak, Arran tarixi qəsdən armenoidləşdirilir ki, bizə 1918-də yaranmış məmləkət yalanını sırıya bilsinlər;

– Adında türk mənşəyi olan ilk tarixi şəxsiyyət, alban hökmdarı Sanatürk azərbaycanlıdır.

Amma ermənilər öz uşaqlarını belə adlandırır;

– Səhl ibn Sumbat Babəki satmışdı deyə azərbaycanlılar nifrətlə ona erməni deyirdi. Ermənilər isə bundan istifadə edib onu haylaşdırdılar. Bunu ona görə böyük həvəslə etdilər ki, 822-ci ildə Albaniyanın hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsinin ölümündən sonra Sumbat Ərsak, Xaçın, Arran ərazilərini – Cənubi Qafqazın şərqi, Qarabağ, Mil-Muğanı idarə edib. Fətvaya tez getdiyimiz üçün ruslarla haylar bundan yararlanıb və öz tariximizi özümüzə düşmən kəsiblər. Nəticədə ermənilər kənara atılmış alban əlifbamızı da, 5 minillik tariximizi də mənimsəməyə başlayıblar;

– Bütöv Azərbaycan xanlıqlarla dağıldı, lakin yenidən birləşmə ehtimalları vardı. Fars-rus birliyi isə buna mane olmaq üçün bölüşdürmə planı qurdular. Ardınca, Türkiyə ilə aramıza Ermənistan atıldı, Göyçə və Zəngəzurun İrəvana verildiyindən dolayı Naxçıvan da ayrı qaldı. Rusiya və İranın hazırkı Zəngəzur narahatçılıqları Azərbaycanın tarixi xəritələri bərpa şansları ilə əlaqədardır. Yəni Rusiya Qarabağa soxulmaq üçün Azərbaycana Zəngəzur vədi vermiş ola bilər, sadəcə, sözünü havaya uçurmaq üçün B planına keçib:

“Dəhlizin açılmasını istəyirəm. Problemi Qərb, İran və Ermənistan yaradır. Onları razı salandan sonra koridor açılacaq”.

Bütün bu ssenari və sadalanmayan “rus çertyoju” ola-ola Rusiya Qarabağa çoxmillətli sülhməramlı kontingenti buraxmaz. Çünki Kreml İrəvanla Bakının arasında – Qarabağda oturmasa, “boqatır”ın hörməti qatır qədər olacaq.

Çıxışının davamında Paşinyan bildirib ki, Azərbaycan hərbi əməliyyata hazırlaşır və Qarabağın dağlıq hissəsinə də hücum olunacaq. Nikolun bu çıxışı Qərbə qəribə yalvarış və eyhamdır. Azərbaycanın hərbi əməliyyata hazırlaşdığı ara-sıra bölmələrin yoxlanılması, Müdafiə Nazirliyinin komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan etməsi ilə izah edirlərsə, bu, vaxtaşırı reallaşdırılan prosesdir. O ki qaldı Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsinə hücumuna, Vardanyan buna çalışır:

– Yoxsa Xocalıda separatçı “bayrağı” asılmaz;

– Təxribat tapşırığı almış ermənilər aksiya zonasına göndərilməz.

Bakı sülhməramlıların müvəqqəti məsuliyyət zonasına hücum etsəydi, qanunsuz talanan mədənlərin qapanması üçün həftələrdir ki, etiraz aksiyası davam etməzdi. Elə bir antiterror əməliyyatı ilə separatçıların oğurluqla dolandığı obyektlər qıfıllanar, Vardanyan kimilər qandallanardı. Həm də oradakı fəaliyyətlər sülhməramlılarla razılaşdırılır. Moskva isə Vardanyanı vətəndaşlıqdan çıxarsa da, həbs qərarı verməyib. Azərbaycanın Qarabağın dağlıq hissəsinə hücumuna hüquqi əsaslar:

– “Arsax” adlanan qondarma rejim beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindədir;

– Arayik Arutyunyan və Ruben Vardanyan hələ də istintaqa cəlb olunmayıb;

– Separatçılar tərksilah olunmayıb.

Bu əsaslar 2 ildir ki, var. Ancaq Bakı problemin danışıqlar yolu ilə həllinə çalışır. Vay o günə ki, Azərbaycanın səbr kasası yenə dola-daşa, “Dəmir Yumruq” Qarabağda dolaşa və dalaşa. Savaşa və gərginliyə hazırda I Dünya müharibəsini başladan Qavrilo Prinsip olayının mini təkrarı səbəb ola bilər. Yəni separatçılar Şuşa-Xankəndi-Laçın yolundakı etirazçılardan hansınasa qarşı təxribat törətsələr, antiterror əməliyyatı qaçılmazdır. Ya da Kreml Arayik-Ruben tayfasını tərksilah etməlidir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678