Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrakli Kobaxidze Gürcüstanın yeni Baş naziri seçilib

159 Baxış

Gürcüstan parlamentinin deputatları baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibinə, eləcə də hökumət proqramına etimad ifadə edən qətnaməni səs çoxluğu ilə dəstəkləyiblər.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Kobaxidzenin və onun təmsil etdiyi Nazirlər Kabinetinin üzvlərinin namizədliyinin lehinə 84 deputat, əleyhinə isə 10 deputat səs verib.

Yeni hökumətə etimad göstərmək üçün 150 səsdən 76-sı lazım idi.

Xatırladaq ki, Gücüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. O, hakim partiyanın sədri təyin olunub. Nazirlər Kabinetinin tərkibində yeganə dəyişiklik isə müdafiə naziri Cuanşer Burçuladzenin İrakli Çikovani ilə əvəzlənməsidir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678