Əmək haqqı artdı – RƏSMİ
1. 332 Baxış

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 723,2 manat olub.
Turanmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artım deməkdir.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. //Turanmedia.az