Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pensiya artımları kimlərə şamil ediləcək? – Nazir müavini açıqladı

32 Baxış

”Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min sosial ödəniş təyin edilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində 4 039 nəfərə əlillik təyinatı aparılıb, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub.

Anar Əliyev deyib ki, 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, 460 hərbçi 481 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. 6 min mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə təqdim olunub.

Nazir müavini müharibə veteranları və qazilər üçün verilən müavinətlərin artırıla biləcəyinə də diqqət çəkib.

O, qadınların pensiya yaşının azaldılmasından da danışıb.

Nazir müavini əlavə edib ki, fevral ayında pensiya indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək. ”Pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil. Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq”, – deyə Anar Əliyev əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678