Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Üçüncü Dünya müharibəsi: Putin hər an hücum əmri verə bilər

281 Baxış

Ukrayna kəşfiyyatının hazırladığı hesabat dünyanı ayağa qaldırıb.

Turanmedia.az “Haberler.com”-a istinadən xəbər verir ki, hesabatda Rusiyanın yanvar ayına qədər 100 min əsgərlə Ukraynaya girməyə hazırlaşdığı və Üçüncü Dünya müharibəsinin başlayacağı qeyd edilib.

Ukrayna kəşfiyyatı sözügedən məlumatın ABŞ kəşfiyyatı ilə paylaşıldığını və amerikalılarda da bənzər faktlar olduğunu bildirilib.

Ukrayna kəşfiyyatının hesabatında diqqət çəkən digər bir məqam isə Rusiya Prezidenti Vladimir Putinin müharibəyə hazırlıqları diqqətlə izləməsi, vacib tapşırıqlar verməsidir.

Ukraynalılar hücumun təfərrüatlarını da paylaşıblar. Belə ki, hücumda 3500 desantdan istifadə olunacaq. Daha sonra ruslar paytaxt Kiyevə doğru irəliləməyə çalışacaqlar. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678