Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milyarder Rinat Axmetov Rusiyaya qarşı AİHM-də İDDİA QALDIRDI

123 Baxış

Axmetov Rusiyaya qarşı AİHM-də iddia qaldırıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, milyarder Rinat Axmetov “Azovstal”ın dağıdılmasına görə Rusiyanı məhkəməyə verib. Zərər 20 milyard dollar qiymətləndirilir.

“Şər cəzasız qala bilməz, Rusiyanın Ukraynaya və hər bir ukraynalıya qarşı cinayətləri dəhşətlidir.

Günahkarlar cəzalandırılmalıdır. Mən ən yaxşı ukraynalı və amerikalı hüquqşünasların köməyi ilə dəymiş ziyanla bağlı AİHM-ə şikayət etdim.

Bu iddia Rusiyaya qarşı ilk beynəlxalq hüquqi hərəkətlərdən biridir”, – deyə Axmetov bildirib.

Axmetov Donbasdakı metallurgiya müəssisələrinin, o cümlədən ruslar tərəfindən dağıdılan məşhur Azovstal zavodunun sahibidir.

O, itkilərin ödənilməsini tələb edir, söhbət milyardlarla dollardan gedir.

“Azovstal”dan başqa, hərbi əməliyyatlar nəticəsində İliç Dəmir-Polad Zavodu, Avdeyevski Koks, Luqansk İES və onlarla sənaye infrastrukturu, yaşıl enerji obyektləri kimi müəssisələr qismən və ya tamamilə məhv edilib.

“Müharibənin əvvəlinə bu obyektlərin kapitallaşdırılması on milyardlarla dollar təşkil edib. Biz mütləq Rusiyanı məhkəməyə verəcəyik və bütün itkilərə və itirilmiş biznesə görə lazımi kompensasiya tələb edəcəyik. Bu məsələlərlə bağlı ciddi hüquqi işlər artıq fəal şəkildə aparılır. Biz bütün beynəlxalq və milli instansiyalarda məhkəməyə verəcəyik”, – deyə Axmetov bir müddət əvvəl bildirib.

Milyarderin maraqlarını beynəlxalq hüquq firması Covington & Burling LLP təmsil edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678