Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rektor: Azərbaycan gəncliyi dünyaya həm də yüksək vətənpərvərlik ruhu ilə örnəkdir

105 Baxış

Rektor: Azərbaycan gəncliyi dünyaya həm də yüksək vətənpərvərlik ruhu ilə örnəkdir2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə xüsusi sevinclə qeyd edilir. Bu tarixi günün təsis olunmasından 27 il ötür. Qürurverici haldır ki, gənclərimiz bu günü müzəffər xalqın nümayəndəsi kimi qeyd edirlər. Hazırda ictimai həyatın müxtəlif sahələrində uğurla təmsil olunan Azərbaycan gəncləri əldə etdikləri nailiyyətlərlə ölkəmizin hərtərəfli inkişafına və daha da güclənməsinə əhəmiyyətli töhfə verirlər.

Turanmedia.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov söyləyib.

Azərbaycan gəncliyinin dünyaya həm də yüksək vətənpərvərlik ruhu ilə örnək olduğunu bildirən rektor deyib: “44 günlük Vətən müharibəsində istər döyüş meydanında, istərsə də arxa cəbhədə böyük şücaət və güclü həmrəylik nümayiş etdirən gənclərimiz tarixi Zəfərin qazanılmasında, əzəli torpaqlarımızın düşməndən azad edilməsində mühüm pay sahibi oldular.

Vətənpərvər və istedadlı gənclərimiz bu gün də işğaldan azad olunmuş doğma yurdlarımızın dirçəldilməsində fəal iştirak edir, öz bilik və bacarıqları ilə Böyük Qayıdış prosesinə töhfə verirlər.

Mingəçevir Dövlət Universiteti (MDU) ailəsi olaraq milli-mənəvi dəyərlərimizə bağlı olan belə qəhrəman və vətənpərvər gənclər sırasında tələbə və məzunlarımızı da görməkdən böyük sevinc və fəxr hissləri duyuruq. Vətənimizin azadlığı uğrunda canından keçmiş bütün qəhrəmanlarımızın, eləcə də universitetimizin şəhid məzunlarının əziz xatirəsini böyük ehtiramla yad edirik. Qazilərimizə sonsuz minnətdarlığımızı bildirərək onlara şəfa diləyirik”.

Şahin Bayramov əlavə edib ki, bu gün doğma yurdlarımızın bərpasında və yenidən qurulmasında, Vətənimizin tərəqqisində yaxından iştirak edən gənclərimiz, o cümlədən universitetin məzunları vətənpərvərlik nümunəsi ortaya qoyurlar. “Hazırda modernləşməkdə olan MDU-nun əldə etdiyi davamlı uğurlarda gənc tələbə, magistrant, məzun və əməkdaşlar əhəmiyyətli rol oynayırlar. Gələcəyimizin qarantı olan gənclərimizlə fəxr edir, milli müstəqilliyimizin qorunması və daha da gücləndirilməsi naminə üzərilərinə düşən vəzifələrdə daim həmrəy olmağı arzulayırıq”, – deyə o vurğulayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678