Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qardaş Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop MDU-nun qonağı olub

52 Baxış

Qardaş Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop Mingəçevir Dövlət Universitetinin qonağı olub.

Turanmedia.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu hörmətli Recep Öztop ilə görüşüb. Görüşdə Mingəçevir Dövlət Universiteti (MDU) ilə qardaş ölkənin aparıcı universitetləri arasında mövcud və potensial əməkdaşlığa dair faydalı müzakirələr aparılıb.

Rektor Şahin müəllim MDU-nun strateji hədəfləri barədə məlumat verib, növbəti mərhələdə müvafiq fəaliyyətlərin əlaqələndirilməsini razılaşıblar. Universitetə ziyarətinə və fəaliyyətin dəstəyinə görə Şahin müəllim Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopa MDU ailəsi adından təşəkkür edib.

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bir 1 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 7 nəfər şəkili ola bilər

Bir 1 nəfər və mətn şəkili ola bilər


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678