Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vergidə bu ildən tətbiq olunan dəyişikliklər: güzəştlər və… – SİYAHI

33 Baxış

2024-cü ildən Vergi Məcəlləsinə bir sıra dəyişiklik qüvvəyə minib.

Turanmedia.az olke.az-a istinadən həmin dəyişiklikləri təqdim edir:

Bu ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti və azadolma ləğv olunub. Həmin mikrosahibkarlar gəlirlərindən 5% əvəzinə 20% vergi ödəməlidirlər.

Vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb.Sanksiya məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10%-i qədər, 2-ci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20%-i qədər, 3 və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40%-i qədər olacaq. Bundan əvvəl maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6%-i qədər idi.

Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb. Belə ki, şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətinə uzadılacaq.

ARTIRILAN VERGİLƏR

Aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.

Alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz dərəcəsi 14 manatdan 16 manata yüksəldilib.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılıb.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata çatdırılıb.

Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar siyahısına daxil edilir. Aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda onun hər kubsantimetrinə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manatdır.

VERGİ GÜZƏŞTLƏRİ

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib.

Bu ildən Azərbaycanda keçirilən “Formula 1” və “Formula 2” yarışları ilə bağlı mal, iş və xidmətlərə görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

Svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 3 il müddətinə ƏDV-dən azad edir.

Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatı gəlir vergisindən azad ediləcək.

Yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50%-i 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılacaq. Dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunacaq.

Zərgərlik məmulatlarının istehsalında istifadə olunan dəzgahların, avadanlıqların və qurğuların idxalı daha 3 il müddətinə ƏDV-dən azad edilib.

Kinematoqrafiya müəssisələrinin mənfəətinin 75%-i vergidən azad edilib. Eləcə də, Azərbaycanda qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 3 il müddətinə vergidən azad edilib.

Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisi 3 il müddətinə 75% azaldılıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678