Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycandan Rusiyaya yumurta tədarükü 4,2 milyon ədədə çatıb

31 Baxış

Yanvarın 25-də Azərbaycandan Rusiyaya 612 min ədəd (36 ton) daha iki partiya ərzaq yumurtası tədarük edilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Ümumilikdə, bugünədək Azərbaycan Rusiyaya 4,2 milyon ədəd yumurta ixrac edib.

Bildirilir ki, yaxın vaxtlarda daşınmaların fasiləsiz həyata keçirilməsi üçün texniki mütəxəssislər məsləhətləşmələr aparacaqlar.

Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiyaya yumurta tədarükünə başlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678