Ukraynalı deputat cəbhədə həlak oldu

11 Baxış

Ukraynada Kiyev Şəhər Şurasının Avropa Həmrəyliyi Partiyasından olan deputatı Sergey İlnitski cəbhədə həlak olub.

Turanmedia.az-ın məlumatına görə, “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko məlumat verib.

“Hamımız üçün böyük itki. Dostum, Kiyev Şəhər Şurasının deputatı Sergey İlnitski həlak olub”, – deyə Poroşenko bildirib.

Bildirilib ki, deputat Donbasda, Kurdyumovka istiqamətində gedən döyüşlərdə halak olub.