Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BVF: “Qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır”

168 Baxış

Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır və qlobal iqtisadiyyat tənəzzüldən qaçaraq yumşaq eniş etmək şansına malikdir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva deyib.

“Biz indi 2024-cü ildə yumşaq eniş etmək vəziyyətindəyik. Başqa sözlə, inflyasiya tənəzzülə səbəb olmadan tədricən hədəf səviyyələrə qayıdır. Bu, çox yaxşı xəbərdir”, – BVF rəhbəri bildirib.

Eyni zamanda, o qeyd edib ki, qlobal iqtisadiyyatla bağlı proqnozlara təsir etməkdə davam edən geosiyasi amillər mövcuddur:

“Və geosiyasi gərginliklər artıq qlobal artım proqnozlarına kölgə salan bəzi parçalanmalara gətirib çıxarıb”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678