Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İçki içməyə qısa fasilə vermək belə orqanizmə böyük fayda gətirir

33 Baxış

İçki içməyə qısa fasilə vermək belə orqanizmə böyük fayda gətirir.

Turanmedia.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Nikita Kotelniçski alkoqoldan cəmi 1 ay imtinanın 4 xeyrini açıqlayıb.

“Həftədə 7 dəfə içki içmək qaraciyəri yükləyir, maddələr mübadiləsini pozur. İçən adamlarda piylənmə başlayır, çətin arıqlayırlar, ona görə arada içkiyə fasilə vermək bu adamlara lazımdır. Alkoqol boş kalorilər adlandırılsa da, əslində, kalorisi çoxdur, amma faydalı maddələri yoxdur. Məhz bu boş kalorini həftəlik rasiondan çıxarmaqla çəki itkisini aktivləşdirə bilərsiniz.

Alkoqol aclıq hissi yaradır, içən kimi iştah artır, ona görə içən adamlar daha çox yağlı yeməklər yeyir. Alkoqola 1 ay fasilə vermək psixi vəziyyəti də yaxşılaşdırır. Çünki içki beyində informasiyanın qəbulu və həll olunması prosesini yavaşıdır, insana yalançı emosiya və reaksiyalar verir. Neqativ hiss və fikirləri artırır. Çünki alkoqolda olan maddələr beynin kimyəvi tamlığını pozur, orda naharatlıq mərhələsini akitvləşdirir.

Eləcə də alkoqoldan imtina orqan və toxumalara qan dövranını artırır, dəri yaxşılaşır, qaraciyər və qan alkoqol qalıqlarından, kimyəvi maddələrdən təmizlənir”, – həkim qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678