Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əsəb sistemi üçün ideal ölkə

31 Baxış

Baku TV-də yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə bank və şokolad deyəndə ağlımıza gələn ilk ölkə, nağıllar aləmi olan İsveçrədən bəhs olunub.

Bildirilib ki, dəqiq paytaxtı olmayan İsveçrə stabillik, rifah və sakit əsəb sistemi üçün ideal ölkədir. Bern isə Avropanın ən gözəl yeni il şəhəridir. Bern doğma sakinlərin təbiricə desək, yuxu dərmanıdır. Bura sakit və təhlükəsizdir. Amma o demək deyil ki, bura darıxdırıcıdır. Belə olsaydı, ideal yeni il tətili üçün imkanlı şəxslər İsveçrəni seçməzdilər. İsveçrədə yeni ildə ən əsas hədiyyə elə şokoladın özüdür.

Burada elə şokoladlar hazırlanır ki, dadından doymaq mümkün deyil. Şokolad İsveçrədə ən çox satılan məhsuldur. Yeni ildə isə satışlar iki, üç dəfə artır. Bu səbəbdən də fabriklər orijinal təqdimatlar, qutular, formalar düşünür. Küknar ağacı formalı şokolad 19 frank, yəni 37 manatadır. İsveçrədə yeni il əhval-ruhiyyəsini hiss etdirən bir şey də var. O da qlintveyndir. Yeni il ərəfəsində təşkil olunan yarmarkalarda isti qlintveyn hər kəsin sevǝrǝk aldığı içkidir. Qlintveyn şərabdan hazırlanır. Əvvəlcə şərabı bişirirlər, sonra isə mixək, darçın, portağal və sair əlavə edirlər.

Yeni il ərəfəsində minlərlə şüşə şərabdan qlintveyn hazırlanır. Bir fincanı 12 franka, bizim pulla 23 manata. Belə bir bahalıqda sual yaranır. Görəsən, isveçrəlilər aya nə qədər qazanırlar ki, 37 manat şokolada, 23 manat qlintveynə xərcləyə bilirlər. Məsələ burasındadır ki, İsveçrədə minimum əməkhaqqı deyilən anlayış yoxdur. Heç bir işəgötürən işçiyə bir saata 20 frankdan, yəni 39 manatdan az pul verə bilməz. İsveçrədə ən az maaş alan belə aya 4000 frank, bizim pulla 7942 manat pul alır. Ortalama əməkhaqqı isə ilə 100 min frank, bizim pulla 198566 manatdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678