Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha iki ölkə arasında müharibə ola bilər

205 Baxış

Kim Çen Inın daha ​​aqressiv bəyanatları fonunda Şimali Koreya yaxın aylarda Cənubi Koreya ilə müharibəyə başlaya bilər. ABŞ Prezident Administrasiyası belə bir ssenariyə hazırlaşır.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə “New York Times” bir neçə mənbəyə istinadən məlumat yayıb.

“Koreya yarımadasında tammiqyaslı müharibə təhlükəsi görünmür, lakin Pxenyan sürətli eskalasiyanın qarşısını almaq üçün zərbələr endirə bilər. Nümunə olaraq 2010-cu ildə KXDR və Cənubi Koreya arasında artilleriya atəşlərini göstərmək olar. Hadisə nəticəsində hər iki tərəfdən bir neçə hərbçi və mülki şəxs həlak olmuş, lakin atəş dayandırılmışdı.

Rusiya ilə tərəfdaşlığın genişləndirilməsi Kim Çen İni ruhlandıra bilər. Amma Şimali Koreyanın hərbi əməliyyatlara və ya böyük müharibəyə hazırlaşdığına dair konkret əlamətlər qeydə alınmayıb”, – mənbə bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678