Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT-dən Rusiyaya tələb

10 Baxış

BMT-nin Uşaq Hüquqları Komitəsi Rusiyanı uşaqları Ukraynadan zorla çıxarmağı dayandırmağa və artıq deportasiya olunmuş şəxslərin öz vətənlərinə qayıtmasını təmin etməyə çağırıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Komitənin hesabatında deyilir.

BMT-nin Uşaq Hüquqları Komitəsini təşkil edən ekspertlər hesabatda Rusiyanı “uşaqların işğal olunmuş Ukrayna ərazisindən məcburi köçürülməsinə və ya deportasiyasına son qoymağa” çağırıblar.

Onlar həmçinin Rusiya Federasiyasından Ukraynadan aparılan uşaqların dəqiq sayı barədə məlumat verməsini və onların tezliklə evlərinə qayıtmasını təmin etməyi tələb ediblər.

Eyni zamanda, komitə Rusiyanı Uşaq Hüquqları Konvensiyasını pozmaqda ittiham edib, çünki Moskva deportasiya edilmiş uşaqları Ukrayna vətəndaşlığından zorla məhrum edir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678