Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dişlərini çəkdirən kişi insult keçirib

40 Baxış

Avstraliyada qeyri-adi bir hadisə baş verib. Yaşlı kişi iki dişi çıxarıldıqdan dərhal sonra beyin qanaması keçirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, kişi əvvəlcə başgicəllənmə və ürək bulanması hiss edib, daha sonra onda görmə pozğunluğu yaranıb.

“BMJ Case Reports” nəşrinin məlumatına görə, qanaxma çox güman ki, diş əməliyyatından sonra təzyiqin kəskin artması ilə baş verib. Müayinələr nəticəsində avstraliyalı kişinin insulta meylli olduğu üzə çıxıb.

Bu, diş həkiminə baş çəkdikdən sonra bir insanın beyindaxili qansızma keçirdiyi məlum olan üçüncü haldır.

İşemik insult adətən amfetamin kimi narkotik tərkibli dərmanların istifadəsi, həmçinin beyin xərçəngi, fiziki zədə və ya həddindən artıq soyuq temperatur nəticəsində baş verir. Məsələn, bir qadın “Ice Bucket Challenge” fləşmobunun bir hissəsi olaraq başına bir vedrə buzlu su tökdükdən sonra insult keçirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678