Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı zooparkı yeni görkəmdə – FOTO

221 Baxış

2019-cu ildən fəaliyyəti dayandırılan və yenidən qurulan Zooloji Parkdakı son vəziyyət açıqlanıb. 

Bu barədə Oxu.Az-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov məlumat verib. 

O bildirib ki, yenidən qurulan Zooloji Parkın dizaynı insanları təəccübləndirəcək:

“Ziyarətçilər üçün bir sıra yeniliklər hazırlanır, eyni zamanda heyvanların köçürülməsi üçün xüsusi konteynerlər hazırlanır. Hazırda heyvanlar müvəqqəti olaraq Qaradağ rayonu ərazisində ayrılan məkandadır. Zooloji Parkda akvaterrariumda tuneldən keçərək başlarının üzərindən balıqların üzməsini seyr edə biləcəklər. Yenidən hazırlanan ərazimizin sahəsi əvvəlkinə nisbətən daha geniş olacaq”.

A.Hüseynov onu da əlavə edib ki, heyvanların əksəriyyəti balalayıb və köçürülmə zamanı bu kimi məqamlarda həssas davranılmalıdır:

“Yaxın zamanda bu istiqamətdə veriləcək qərarları gözləyirik. Hazırda park ərazisində uşaqlar və böyüklər üçün əlverişli şəraitin hazırlanmasına çalışılır. Park ərazisində baytarlıq mərkəzimiz də fəaliyyət göstərəcək. Ziyarətçilərin heyvanlarla birbaşa təhlükəsiz təmas qura bilməsi üçün maraqlı layihələr həyata keçiriləcək. Bütün bunları ən qısa zamanda yeni Zooloji Park ərazisində görmək mümkün olacaq”.

A.Hüseynov Zooloji Parkın nə zaman fəaliyyətə başlayacağı tarixin isə hələ bəlli olmadığını deyib.

Qeyd edək ki, Bakı zooparkının ərazisi yenidənqurma və genişləndirmə işlərindən əvvəl 2.25 hektar olub. Yenidən qurmadan sonra ərazinin 4.25 hektara çatdırılması planlaşdırılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678