Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir müavinindən Qarabağın bərpası ilə bağlı AÇIQLAMA

143 Baxış

“Bu gün Azərbaycan xalqı çox əsrlik tarixinin bəlkə də ən şərəfli mərhələsini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbacan Ordusu Zəfər müharibəsində tarixi qələbəsilə və 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdı”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Avropa Liseyinin Azərbaycan Milli Xalça Muzeyi ilə birgə həyata keçirdiyi VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Qarabağ bərpa olunacaq və milli mədəni irsimiz inkişaf etdiriləcək:

“Qarabağda olan milli mədəni irsimizin qədim tarixi var. Onların bərpası ölkəmizin tarixinə əvəzsiz töhfədir. Torpaqlarımız ermənilər tərəfindən işğal olunan zaman maddi, qeyri-maddi abidələrimiz talan olunub. Təəssüf ki, mənfur düşmən qarət etdiyi muzeylərdən Azərbaycan xalqının mədəniyyəti ilə bağlı qiymətli əşyaları, o cümlədən dünya şöhrətli xalçaları qarət edib”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678