Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İlham Əliyev İrəvana gedən yol barədə: “Yolu bağlaya bilərdik, amma bunu etmədik” – VİDEO

114 Baxış

“Ermənistanla Azərbaycanın Tovuz, Qazax, Ağstafadan keçən dövlət sərhədində sülhməramlılar yoxdur və heç bir şey baş vermir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan sərhədçiləri hazırda Zəngilanda erməni kəndlərindən 5 metr aralıqda durublar və heç bir hadisə baş vermir.

Prezident Qafanı İrəvanla birləşdirən 21 kilometrlik yolun Azərbaycan ərazisindən keçdiyini vurğulayıb.

“Orada sərhədçilərimiz dayanıb. Orada “Azərbaycana xoş gəlmisiniz” plakatı da quraşdırılıb. Bunun niyə erməniləri qıcıqlandırdığını bilmirəm. Biz sadəcə onları öz ərazilərimizdə salamlamaq istəyirik. Onlar isə plakata atəş açıblar. Yolu bağlaya bilərdik, amma bunu etmədik”, – deyə İlham Əliyev əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678