Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qərbin pulu milli maraqları üstələyəndə…

207 Baxış

Azərbaycanda prezident seçkilərinin növbədənkənr keçirilməsini əlində bayraq edib ona qatılmayan və özünü “xalq qəhrəmanı” kimi göstərməyə cəhd edənlər görəsən nə etdiklərinin fərqində ola bildilərmi? Onlar bu seçkilərə qatılmamaqla nə qazandılar? Bu sualı özlərinə ünvanlamaqdan utanmasınlar! Danışanda ölkədə yüz minlərlə dəstəkçilərinin olduğunu deyirlər. Bəs yüz minlərlə dəstəkçisi olan bir partiya lideri seçkidən qaçarmı? Prezident seçkilərinə qatılmamaq üçün ortaya hansı arqumenti qoyurlarsa, qoysunlar. Xalq çox yaxşı bilir ki, onların seçkilərə qatılmamağının əsl səbəbi siyasi meydandakı qətiyyətsizlikləri və qorxaqlıqlarıdır. Özləri də bunun belə olduğunu çox yaxşı bilirlər. Tərəfdaşlarının böyük əksəriyyəti söylədiyim bu fikirləri bölüşürlər. Bu addımla illərdir, aldaddıqları insanların onlara olan inamlarını da qırıblar.

Əgər seçkilərin demokratik keçiriləcəyinə şübhələri var idisə, o halda seçkidə iştirak etməklə əllərində bu hakimiyyəti qeyri-demokratik seçkilərdə ittiham etmək üçün daha çox əsasları ola bilərdi. Bütün bunları bilə-bilə niyə seçkilərə qatılmadılar? Seçkilərə qatılmamaqlarının əsl səbəbi tam başqadır. Onlar sadəcə olaraq seçkilərdə əsas rəqiblə mübarizə aparmaqdan qorxdular. Çünkü siyasi çəkiləri müqayisə edilməyəcək dərəcədə yüngüldür. Beləliklə, Qərbdəki havadarlarının və maliyyə dəstəkçilərinin məsləhət gördüyü yolu seçdilər.

Bu adamların heç birinin vətən sevgisi yoxdur. Siyasət meydanındakı ali məqsədləri isə bu platformadan istifadə edib, şəxsi maraqlarını maksimum reallaşdırmaqdır. Onların vətən sevgisi olsaydı, bu vətənin 30 illik torpaq həsrətinə son qoyub, onu bütövləşdirən rəhbərə qarşı bu qədər haqsız və ədalətsiz bir mövqedən çıxış etməzdilər. Əgər vicdanları qarşısında hesabat verə bilsələr, özlərinə bir sual versinlər – İlham Əliyevin son 20 ildə bu dövlət üçün etdiklərinin yüzdən birini etmək bacarığını özlərində görə bilirlərmi? Onun bu dövlət üçün etdiklərinin hansı birini etmək iqtidarındadırlar? Azərbaycan insanı kimin kim olduğunu yaxşı bilir. Onlar ara qarışıdmaq üçün nə qədər çox çabalasalar, bilsinlər ki, bu xalqın nifrətini də bir o qədər çox qazanırlar. Çünkü seçki ilə bağlı baxışları tam absurddur.

Əli Kərimli utanmadan deyir ki, president seçkiləri növbədənkənar keçirildiyi üçün bizim ona hazırlaşmağa vaxtımız yetmədi. Zavallı otuz ildir prezident seçkilərinə getməyə hazırlaşsa da, sən demə hələ bu hazırlığı başa çatdıra bilməyib. Əli Kərimli seçki hazırlığı çantasını çiynində gəzdirməli idi. Təbi ki, o çantanın içinə bu 30 ildə normal bir seçki proqramı qoya bilmişdisə…

Cəmil Həsənli özünün loru leksikonu və pafoslu çıxışları ilə prezident seçkilərinə hər vəchlə kölgə salmağa çalışır. Ailə dəyərlərini qoruyub saxlaya bilməyən birinin demokratik dəyərlərdən danışması gerçəkdən absurddur.

İlqar Məmmədov artıq çoxdandır ki, utanmaz şəkildə bəyan edir ki, növbəti seçkilərdə qalib olmasa istefaya gedəcəkdir. İndiyə qədər keçirilmiş seçkilərə cəmi bir dəfə qatılmağı qələbəmi sayırlar? İlqar Məmmədov niyə verdiyi bəyanata əməl edib istefaya getmir? Əslində seçkilərlə bağlı səsləndirilən bəyanatlarla atdığı addımların uyğunsuzluğu səbəbindən çoxdan istefaya getməli idi… Görünən odur ki, İlqar Məmmədov da Əli Kərimli kimi Qərbin pullarından könüllü şəkildə imtina etmək istəmir.

Bax budur bu adamların iç üzü. Bu üzü xalqın sağlam olan bütün insanları görür. Əgər seçkiləri gizli səsvermə yolu ilə deyil, açıq səsvermə yolu ilə keçirmək mümkün olsaydı, o halda xalqın onun torpaqlarını işğaldan azad edən, dövlətini dövlətlər içərisində əsl söz sahibinə çevirən bir rəhbərə necə səs verdiyini bu boşboğazlar da aydın görər və öz yerini bilərdi.

Fikrət Yusifov,

professor

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678