Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Konfrans Liqası: “Qarabağ” “Gent”i məğlub edib

53 Baxış

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın “Gent” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.

Matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678