Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Hər insan şan-şöhrətə dözə bilmir” – Qurban Qurbanov

179 Baxış

“Sevinirəm ki, “Qarabağ”da olan futbolçulara kənardan maraq var. Amma ümumən bəzi futbolçulara görə narahatam. Çünki, hər insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların oyununa, həyat tərzinə əks-təsir edir”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bəzi futbolçular isə bunu normal qəbul edir:

“Düşünürlər ki, klubumla müqaviləm var. Bəzilərinə ona görə mənfi təsir edir ki, ona kənardan məsləhət verənlər çoxdur. O qədər şahidi olmuşam ki, istedadlı oyunçuların karyeralarına son qoyanlar olub. Onların yaxın dostları, ətrafı sanki oyunçunu çox istəyir, biz istəmirik. Elə dilli-dilavər menecerlər olur ki, gündə zəng edirlər. Futbolçu da fikirləşir ki, düz deyirlər. Kimə görə narahat olmuşamsa, demək olar ki, onların karyerası bitib. Biz heç kimin karyerasına zərbə vurmaq istəmirik. Hamının burada inkişafını düşünürük. Futbolçu qarşısına legioner həyatı yaşamaq məqsədi qoyur. Amma bunu da gərək edəsən. Hər şey mənim istədiyim kimi olsaydı, işləməyə nə var idi ki? Bəzən belə kaprizləri görürəm. Bunu da yavaş-yavaş yoluna qoyuruq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678