Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kılıçdaroğluna sui-qəsd planlaşdırılır? – Şok iddiaya görə prokurorluq hərəkətə keçdi

45 Baxış

Türkiyəli jurnalist Mərdan Yanardağın seçkilərə 2 gün qalmış “Twitter” hesabındakı paylaşımı şok effekti yaradıb.

Turanmedia.az “Cümhuriyyət” qəzetinə istinadla xəbər verir ki, o, “Millət” İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğluna sui-qəsd planlaşdırıldığını iddia edib.

Yanardağ sui-qəsdi törədəcək qruplaşmanın Gürcüstandan Türkiyəyə daxil olduğunu bildirib.

“Türkiyənin siyasi və ictimai həyatına dərindən təsir edəcək mühüm bir hadisəni gec də olsa ictimaiyyətin diqqətinə çatdırılmaq istəyirəm. Mən öz mənbəmə güvənirəm… Kamal Kılıçdaroğluna sui-qəsd edəcək qrupun Gürcüstandan Türkiyəyə girdiyi bildirilir. İddialara görə, bu işi təşkil edən şəxs iş adamı Qalip Öztürkdür. Dediyim kimi, bu, bir iddiadır. Dəqiq deyə bilmərik. Xüsusilə adlarla bağlı əmin deyiləm. Amma bu, çox vacib məlumatdır, ehtimalı az olan iddia olsa da, dövlətin bütün təhlükəsizlik orqanlarının bunu nəzərə almasını zəruri hesab edirəm”, – juurnalist bildirib.

Məlumata görə, Türkiyənin istintaq orqanları Yanardağın bu iddiasını araşdırmağa başlayıb. Jurnalist “şübhəli şəxs” qismində dindirilmək üçün prokurorluğa çağırılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678